Biz kimik

Şirkət haqqında

"Gravity Construction" MMC yerüstü bina və qurğuların əsaslı təmiri və tikintisi, infrastruktur layihələrinin inşası, həmçinin layihələndirmə və dizayn tərtibatının həyata keçirilməsi üzrə ixtisaslaşmış şirkətdir.

Əsas missiyamız

İnnovativliyə və yüksək peşəkar standartlara əsaslanan həllərlə inşaat sektorunda yeniliklərə imza atmaqdır.

İş prinsipimiz

Bütün resurslarımızı səfərbər etməklə həyata keçirdiyimiz layihələrin səmərəliliyinin artırılması və insanlara daha çox dəyər qatması üçün çalışırıq. Hər bir layihəmizin xüsusi və nümunəvi olması peşəkar davranış və iş prinsipimizin əsasını təşkil edir.

Fəaliyyət istiqamətlərimiz

Tikinti və təmir

Yerüstü bina və qurğuların tikintisi və əsaslı təmiri üzrə qazandığımız təcrübədən istifadə edərək qiymət rəqabətində üstün, keyfiyyət amilində öncül, təhlükəsiz iş mühitinə malik peşəkar xidmətimizi təklif edirik.

İnfrastruktur layihələri

Son illər ərzində ölkəmizdə yeni mərhələyə keçid edən irimiqyaslı infrastruktur layihələrinin icrası prosesində potensialımızı və imkanlarımızı səfərbər edərək bu sahəyə öz töhfəmizi verməyə çalışırıq.

Layihələndirmə və dizayn

Peşəkar mütəxəssislərimizin dizayn və layihələndirmə istiqamətindəki bilik və təcrübəsi təyinatından asılı olmayaq istənilən məkanın rahat, müasir və unikal olması üçün yetərlidir.

Lisenziyalar