Xidmətlər

İnfrastruktur layihələri

Son illər ərzində ölkəmizdə yeni mərhələyə keçid edən irimiqyaslı infrastruktur layihələrinin icrasında potensialımızı və imkanlarımızı səfərbər etməklə bu sahəyə öz töhfəmizi veririk.

Azərbaycanda infrastruktur layihələri

Azərbaycanda böyük sosial və infrastruktur layihələri icra edilir. Bu, iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Bu layihələrin icrası nəticəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olub. İnfrastruktur layihələri arasında prioritetlər hələ 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunanda açıq şəkildə ortaya qoyulub. Məhz bundan sonra ölkədə infrastruktur təminatının yaxşılaşdırılması məqsədi ilə ciddi layihələr həyata keçirilmişdir.

İnfrastruktur layihələrinin inşası

Son illər ərzində, əsasən də ərazi bütövlüyümüz bərpasından sonra ölkəmizdə yeni mərhələyə keçid edən irimiqyaslı infrastruktur layihələrinin icrası prosesində potensialımızı və imkanlarımızı səfərbər etməklə bu sahəyə öz töhfəmizi verməyə çalışırıq. "Gravity Construction" MMC geniş infrastruktur layihələrinin inşası üçün təcrübə və imkanlara malikdir.