Xidmətlər

Layihələndirmə və dizayn

Yaşayış və iaşə obyektlərinin layihələndirilməsi və dizaynını həyata keçirən "Gravity Constuction" ilk eskizin hazırlanmasından müəllif nəzarətinədək bir sıra memarlıq xidmətləri təklif edir.

Layihələndirmə xidməti

Layihələndirmə mərhələsi inşaatın ən vacib və ayrılmaz hissələrindən biridir. Bu mərhələdə sifarişçinin tapşırıqları, tikinti normaları, texniki nizamnamə tələbləri və tikinti sektorunun spesifik vəziyyəti nəzərə alınır. Nəticədə, müvafiq bir layihə hazırlanır və bu sənəd əsasında tikinti prosesi həyata keçirilir.

Hazırlanmış layihə sifarişçiyə effektiv bir iş planı yaratmaq, tikinti üçün ayrılmış büdcə və müddətin balansını uyğunlaşdırmağa imkan yaradır. Hər bir memarlıq layihəsi ideyalarla başlayır, onu inkişaf etdirmək və düzgün formada layihələndirmək isə peşəkarların işidir. Müştəri istəkləri və tələbləri nəzərə alınmaqla obyektin təyinatına uyğun olaraq unikal həllər yaradır və tətbiq edirik.

Dizayn xidməti

İnteryer dizayn sadəcə dəblə uzlaşmaqdan ibarət deyil, bununla yanaşı, insanların zövqünü, həyat tərzini, gözəllik və harmoniya haqqındakı düşüncələrini özündə əks etdirən güzgüdür. "Gravity Construction" mənzillərin, evlərin, ticarət obyektlərinin - ümumilikdə yaşayış və qeyri-yaşayış obyektlərinin dizayn tərtibatı xidmətini təklif edir. Qeyd edək ki, şirkətimizdə çalışan hər bir dizayner obyektlərdə dizayn layihələrinin icrası ilə bağlı geniş şəxsi təcrübəyə malikdir.

Eksteryer dizayn obyektlərin memarlıq baxımından xarici görünüşünü müəyyən edir. Burada əsas rolu düzgün şəkildə tərtib olunmuş dizaynla yanaşı, seçilmiş dekorativ və müdafiə funksiyalarını yerinə yetirən materiallar oynayır. Əlavə olaraq sifarişçinin istəkləri və imkanları, həmçinin obyektin təməli və divarların cari xüsusiyyətləri də bu mərhələdə əhəmiyyət daşıyır. Çünki bir sıra materiallar dayaq konstruksiyalarının payına düşən yükü əhəmiyyətli dərəcədə artırır.

Landşaft dizayn sahədən rasional olaraq necə istifadə olunduğunu nümayiş etdirir və istirahət zonalarının yerləşdirilməsinə dair bir plan (köşk, skamyalar, üzgüçşınıülük hovuzu və s.), işıqlandırma sxemləri, əkin, avtomat suvarma sistemi, yolların və əsasların açılı göstərir. Ərazinin landşaft dizayn tərtibatı özlüyündə bir sıra işlərin davamlı həyata keçirilməsini nəzərdə tutur.